“ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün yeni plan hazırlayır və bununla bağlı Rusiya rəhbərliyi ilə gizli məsləhətləşmələr aparır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və Rusiya rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, 28 maddədən ibarət planı 4 kateqoriyaya bölmək olar: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik, həmçinin ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri”.
Bildirilir ki, planın hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir və o, sənədi Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ətraflı müzakirə edib.
Dmitriyevin özü nəşrə bildirib ki, Mayamidə keçirdiyi 3 gün ərzində Uitkoff və Tramp komandasının digər üzvləri ilə ünsiyyətdə olub. O, planın uğur qazanması şanslarına nikbinliyini ifadə edib.
Dmitriyevin sözlərinə görə, məqsəd Tramp və Putinin növbəti görüşünə qədər bu məsələ ilə bağlı yazılı sənəd hazırlamaqdır.
Adı açıqlanmayan amerikalı rəsmi Ağ Evin avropalı və ukraynalı məmurları yeni plan haqqında məlumatlandırdığını təsdiqləyib.
O, planda bütün tərəflərin təkliflərinin nəzərə alınacağını açıqlayıb.
“Hesab edirik ki, indi bu plan üçün ən münasib zamandır. Lakin hər iki tərəf praktik və realist olmalıdır”, - amerikalı rəsmi bildirib.
Son xəbərlər
Son Xəbərlər