Afaq Gəncəlinin verilişi bağlanır - Yenilənib

afaq-gencelinin-verilisi-baglanir
Oxunma sayı: 9513

Azad Azərbaycan TV-də yayımlanan “10”lar maqazin verilişi bağlanır.

ATV-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, verilişinin aparıcısı Afaq Gəncəli isə yeni layihə ilə tamaşaçıların qarşısına keçəcək.

Yeni layihə 20 gün ərzində yayımlanacaq.

Qeyd edək ki, bir müddət əvvəl kanalda yayımlanan “ATV” maqazin verilişi də bağlanmışdı.

***

Aparıcı Afaq Gəncəli “Onlar” verilişinin bağlanması xəbərlərinə münasibət bildirib.

Axşam.az-a açıqlamasında aparıcı məlumatı təsdiqləyib. O, 2016-ci ildən yeni verilişlə efirə gələcəklərini deyib:

“Əslində verilişimizin yayımı dayandırılmır. Sadəcə “Onlar” adı dəyişir. ATV-də daha böyük formatlı maqazin verilişi yaradılır. İki maqazin proqramı birləşdirilir. Yeni, maraqlı rubrikalarla efirə gələcəyik. Üç saat davam edəcək. Yeni adımız da artıq məlumdur. Amma onu açıqlamağa icazə yoxdur”.