Ağdaşda ağır yol nəqliyyat hadisəsi olub.
Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib, 3 sərnişin və digər nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət alıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər