Alina Paş “Avroviziya-2022”də Ukraynanı təmsil etməyəcək

alina-pas-avroviziya-2022de-ukraynani-temsil-etmeyecek
Oxunma sayı: 4978

Alina Paş “Avroviziya-2022” mahnı müsabiqəsində Ukraynanı təmsil etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, “Vidbir”in təşkilat komitəsi və sənətçi arasında qarşılıqlı razılaşmaya əsasən, Alinanın müsabiqədə iştirakının davam etməyəcəyi qərara alınıb.

Xatıqladaq ki, A.Paş fevralın 12-də Ukraynada keçirilən “Vidbir” mahnı müsabiqəsinin qalibi olub. Bu müsabiqə “Avroviziya-2022”də ölkəni təmsil etmək üçün ilkin seçim prosesi rolunu oynayır.

Bildirilib ki, “Avroviziya-2022”də Ukrayna təmsilçisi şənbə günü axşam milli seçim prosesində iştirak etmiş digər finalçılar arasından seçilə bilər.