Ötən gecə Almatı şəhərində inzibati binalar və polis departamenti ekstremist qüvvələrin hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şəhərin Polis Departamentinin rəsmi nümayəndəsi Saltanat Azirbek “Xabar-24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, sözügedən qüvvələr inzibati binalara, şəhərin polis departamentinə və digər polis bölmələrinə hücum etməyə cəhdlər edib. Nəticədə, onlarla hücum edən şəxs zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Son xəbərlər
Son Xəbərlər