Ana 12 yaşlı qızının üzərinə benzin töküb yandırdı - Gəncədə dəhşət

ana-12-yasli-qizinin-uzerine-benzin-tokub-yandirdi
Oxunma sayı: 13793

Gəncədə ana 12 yaşlı qızını öldürüb.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, fakt şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb mərhum Vüsalə Quliyevanın evdən 10 manat məbləğində pul götürməsi olub.

Bundan hiddətlənən ana, sənədlə adı Bülbül olub, el arasında isə Xalidə Quliyeva kimi tanınan qadın qızının üzərinə benzin tökərək yandırıb. Dəhşətlisi isə odur ki, ana kənardan uşağın yanmasına tamaşa edib və qızı onun gözləri qarşısında canını tapşırıb. Yaxınlarının məlumatına görə, qətli törədən qadın ruhi xəstə olub.

***

APA-nın məlumatına görə, 12 yaşlı qızını yandıran ana qaçıb. Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir.

V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev Rusiyaya işləmək üçün gedib.

Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır.