Biləsuvarda körpə anasının onu su kanalına atması nəticəsində boğularaq ölüb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun İsmətli kəndində 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Poladı su kanalına atıb. Körpə suda boğularaq ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.
***
Qaynarinfo-nun məlumatına görə, Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb.
Dünən gecə də evdə döyülən gəlin yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə boğulub.
Hadisə bu gün səhər, saat 7-8 arası baş verib.