Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov radio açır. “Qafqazinfo” xəbər verir ki, radionun açılması ilə bağlı bütün işlər artıq görülüb. “107.7 FM” adlanacaq radio sentyabrda fəaliyyətə başlayacaq. Ona rəhbər də təyin edilib. Həmin şəxs mediaya tanış olmayan bir isimdir.
Belə ki, Anar Məmmədov Elnur Abdullayev adlı dostunu radioya rəhbər təyin edib. Elnurun əmisi bəstəkar Barat Abdullayev, atası isə vaxtı ilə “Fəryad” filmi çəkilərkən maddi köməkliklər göstərmiş Nazim Abdullayev adlı biznesmendir. Yeni radio Anarın atasının vəzifəsinə daxil olan sahədə fəaliyyət göstərəcək və əsasən, yollardakı tıxaclardan, nəqliyyat problemlərindən bəhs edəcək verilişlər hazırlayacaq. Radioya Ayna Sultanovanın heykəlinin yaxınlığında 4 mərtəbli ofis də ayrılıb.
Qeyd edək ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov əsasən atasına məxsus biznesi idarəc etməklə məşğuldur. O, son illər mətbuatda öz təbliğatı ilə məşğul omağa başlayıb. Belə ki, Anar Məmmədovun xarici mediada Azərbaycan haqqında materillar dərc etdirdiyi barədə məlumatlar yayılır. Bundan başqa, nazir oğlu ozünün bəstəkarlıq qabiliyyətini də nümayiş etdirməyə başlayıb.
Maraqlıdır ki, Anar Məmmədovda mediaya maraq barəsində “ayı əhvalatı” ilə bağlı silsilə yazılar dərc olunandan sonra başlayıb.
Son xəbərlər
Son Xəbərlər