Anası qızdırmalı uşağa antibiotik vurdu, öldü

anasi-qizdirmali-usaga-antibiotik-vurdu-oldu
Oxunma sayı: 8237

Bərdə rayonunda 4 yaşlı uşaq evdə vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın16-da 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlu ölü vəziyyətdə Bərdə Ailə Sağlamlıq Mərkəzinə daxil olub.

Araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məhəmmədin evdə temperaturu qalxıb, anası Aysel Zeynalova ona yan əzələdən inyeksiya yolu ilə dərman vurub. Bundan sonra uşağın vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə və hadisə yerinə baxış keçirilib, antibiotiklərin boş ampulaları, boş iynə qabları aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Murad Əhməd