Ankara terrorçusunun kimliyi bilindi - Tələbə qız 4 rəfiqəsi ilə...

ankara-terrorcusunun-kimliyi-bilindi
Oxunma sayı: 16121

Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanmasına səbəb olan terrorçunun kimliyi ilə bağlı ilkin ehtimal səsləndirilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qadın terrorçunun Balıkesir Universitetinin tələbəsi Səhər Çağla Demir olduğu iddia edilir.

Məlumata görə, cəsəd parçaları və barmaq izləri sayəsində terrorçunun həmin tələbə olduğu qənaətinə gəlinib.

Qeyd edilir ki, tələbə Demir 4 yaxın rəfiqəsi ilə birgə Balıkesir 2-ci Ağır Cəza Məhkəməsində PKK terror təşkilatına üzvlük və təbliğatı ittihamı ilə mühakimə olunubmuş.

Sosial mediada isə Çağla Demirin ona qarşı terror ittihamı aradan qaldırılandan sonra Cumhuriyet qəzetində müxbir olaraq çalışdığı iddia edilib.