Ankarada partlayış - 28 ölü, 61 yaralı + Video + Yenilənib

ankarada-partlayis
Oxunma sayı: 8572

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə İnönü bulvarına yaxın Dikmən prospekti ilə Mərasim küçəsinin kəsişməsində hərbi maşınlar keçərkən baş verib.

Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

***

Ankarada baş vermiş partlayışda 18 nəfər ölüb, 45 nəfər yaralanıb.

Məlumata görə, terrorçular hərbi maşınlar bomba quraşdırılmış avtomobilin yanından keçərkən bombanı partladıblar. Partlayışı PKK və İŞİD-in törətdiyi bildirilir. 

 

***

Türkiyə səhiyyə naziri Mehmet Müezzinoğlu partlayış nəticəsində 24 nəfərin öldüyünü bildirib: "21 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada vəfat edib. 14 xəstəxanada 61 yaralı var".

 

***

Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər xəsarət alıb.