Arvadını, qaynını və qayınanasını güllələyəndən sonra özünü də vurdu - Yenilənib

arvadini-qaynini-ve-qayinanasini-gulleleyenden-sonra-ozunu-de-vurdu
Oxunma sayı: 9690

Masallı rayonunda kişi arvadını, qaynı və qayınanasını güllələdikdən sonra özünü də vurub.

“Qafqazinfo”nun əldə etdiyi ilkin məlumata görə, hadisə bir neçə saat öncə rayonun Təzəkənd kəndində baş verib.

Kişi odlu silahla arvadı, qayınanası və qaynını güllələyib, daha sonra isə özünü güllələyib. Onun arvadı və qaynı hadisə yerində vəfat edib, qayınanasının vəziyyətinin isə ağır olduğu bildirilir.

***

Masallı rayonunda baş verən hadisənin detalları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Sərvan Ağayevin həyat yoldaşı, 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva bir müddət əvvəl ondan boşanmaq qərarına gəlib və bu hadisəyə qədər olan günlərdə atasının evində qalıb. Bu gün isə qardaşı və anası Zemfira ilə cehizini götürmək üçün Sərvanın evinə gediblər. Orada Sərvan əvvəlcə onları, sonra isə özünü çənəsindən güllələyib.

Sərvan və həyat yoldaşının birgə nikahdan iki azyaşlı övladı var. Hadisə nəticəsində Sərvanın vəfat edən qaynı - 1995-ci il təvəllüdlü Nəbiyev Miralimin də iki azyaşlı uşağı var.

Qızın atası Əli isə bir neçə il əvvəl iflic olduğu üçün yataq xəstəsidir.

***

Sərvan kənddə "Qoç Aydının oğlu" kimi tanınıb.

Murad Əhməd