Astarada 10 aylıq körpə öldü - Yenilənib

astarada-10-ayliq-korpe-oldu
Oxunma sayı: 2121

Astarada 10 aylıq körpə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.

Belə ki, 10 aylıq körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti qalxıb.

Yaxınları uşağın qidadan zəhərləndiyini düşünərək ona ərzaq sodası verib. Bundan sonra körpənin halı pisləşib.

Körpə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 1-i saat 20:00 radələrində 1 körpə (kişi) komatoz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

İlkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib.

Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 20:30 radələrində körpənin ölüm faktı qeydə alınıb.

Surxay Şahbazov