“Atəşin dayandırılması ilə bağlı razılıq əldə olunub” - Yenilənib

atesin-dayandirilmasi-ile-bagli-raziliq-elde-olunub
Oxunma sayı: 14845

"Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib".

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Caliber” teleqram kanalı məlumat yayıb. 

Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edib.

“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, - deyə məlumatda qeyd olunub.

***

“Haqqin.az”ın məlumatına görə, razılaşmaya baxmayaraq, Ermənistan təxribat törətməyə və dövlət sərhədi istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutmağa davam edir.

***

Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin “RİA Novosti”yə bildirib ki, Ermənistan və Azərbaycan arasında atəşkəs Rusiyanın səyləri, o cümlədən V. Putinlə N. Paşinyan arasında telefon danışığından, eləcə də Xarici İşlər Nazirliyinin işindən sonra əldə olunub.