ATV-yə yeni icraçı direktor təyin edildi

atv-ye-yeni-icraci-direktor-teyin-edildi
Oxunma sayı: 6499

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətində  (ATV) yeni təyinat olub. 

“Qafqazinfo” xəbər verir ki, kanalın Prezidenti Azər Xəlilov icraçı direktor vəzifəsinə İsmayıl Həsənovu təyin edib. 

İ. Həsənov bu təyinata qədər ARB TV-də çalışıb. 

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Vahid Səmədov həyata keçirirdi. O, noyabrın əvvəlində kanaldan uzaqlaşdırılmışdı.