“Ay Ayrım qızı, gör erməni necə qaçır”- - Fotolar

ay-ayrim-qizi-gor-ermeni-nece-qacir-
Oxunma sayı: 14357


“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, cəbhə bölgəsində yerləşən Məzəm kəndi də atışmalara məruz qalıb. Lakin kənd sakinləri bu vəziyyətdən qorxmadıqlarını və Azərbaycan ordusuna inandıqlarını vurğulayıblar. Kəndin 60 yaşlı sakini Süleyman Süleymanov heç bir qüvvənin onu doğma kəndindən çıxara bilməyəcəyini vurğulayıb.

Kənd sakini son vəziyyətlə bağlı fikirlərini bu cür bölüşüb:

“Mən illərdir, bu kənddə yaşayıram. Atışma olsa da, əsgərlərimiz necə lazımdır cavablarını verirlər . Mənim evim hündürdə yerleşir ve baxanda qarşı tərəfi  görmək olur. Atışma zamanı gördüyüm mənzərə ürəyimi dağa döndərdi. Əsgərlərimizin açdığı atəş nəticəsində ermənilər qarışqa kimi qaçırdılar. Mən də yoldaşımı çağırıb dedim ki, ay Ayrım qızı, gör erməni necə qaçır”!

İqbal