Aygün açılışda - Fotolar

aygun-acilisda
Oxunma sayı: 6494

Bu gün Abşeron rayonu, Qobu qəsəbəsində "Cavanşir" güləş məktəbinin açılışı olub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, açılışda bir sıra millət vəkilləri, olimpiya çempionları, gənc və peşəkar idmançılar iştirak edib.

Tədbirin xüsusi qonağı isə xalq artisti Aygün Kazımova olub. Xalq artistinin gəlişini at karvanı müşayət edib.  Açılış mərasimində idman klubunun qırmızı lentini xalq artisti Aygün Kazımova və olimpiya çempionu Zemfira Meftahətdinova kəsib.

Aygün Kazımova tədbirdə Novruz bayramı münasibətilə olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Zemfira Meftahətdinova ilə yumurta döyüşdürüb.