Ayrılıqları qısa çəkdi...

ayriliqlari-qisa-cekdi
Oxunma sayı: 9170

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi həyat yoldaşı, model Vanda Nara ilə barışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İkardi sosial şəbəkə hesabında paylaşım edib. 

Belə ki, o, xanımının fotosunu öz instaqram hesabının hekayə bölümündə paylaşıb. Bu paylaşımdan sonra onların bir-birlərini sosial şəbəkədə yenidən izləmələri barışdıqları iddialarını gücləndirib.

Qeyd edək ki, Mauro İkardi və Vanda Nara qısa müddət əvvəl ayrılmışdı. Cütlük 2014-cü ildən birlikdədir. Onların 2 övladı var.