Azad Rəhimov komaya düşüb?

azad-rehimov-komaya-dusub
Oxunma sayı: 14007

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

"Qafqazinfo" məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. Qurum rəsmisi sadəcə "yalandır" deməklə kifayətlənib.

***

REAL TV-nin ABŞ bürosu Gənclər və İdman naziri Azad Rəhimovun özü ilə əlaqə saxlayıb. Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir, səhhətinin əsasən qaydasında olduğunu deyib. “Narahatlığa heç bir əsas yoxdur!”, - deyə nazir bildirib.