Azər Məmmədovun növbəti vətəndaş qəbulu Zaqatalada olacaq

azer-memmedovun-novbeti-vetendas-qebulu-zaqatalada-olacaq
Oxunma sayı: 1347

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Zaqatala rayonunda vətəndaş qəbulu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, qəbul 21 noyabr saat 11:00-da Zaqatala Regional Qaz İstismarı İdarəsinin inzibati binasında (Ünvan: Faiq Əmirov küçəsi, dalan 1/11) baş tutacaq. 

Görüş zamanı Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Bildirilib ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-94-21; 050-845-71-02) müraciət edə bilərlər.

Qeyd olunub ki, 28 noyabr tarixinə nəzərdə tutulmuş vətəndaş qəbulu 21 noyabr tarixinə keçirilib.