Azərbaycan bayrağının dövlət idarəsindəki biabırçı vəziyyəti - Fotolar

azerbaycan-bayraginin-dovlet-idaresindeki-biabirci-veziyyeti
Oxunma sayı: 7488

Xətai rayonu, Gəncə prospektində yerləşən "Azəristilik ASC"nin istilik məntəqəsi bərbad vəziyyətdədir. Lakin məntəqədən çox binanın önündə asılan Azərbaycan bayrağının durumu daha pis haldadır.

“Qafqazinfo” xəbər verir ki, idarənin qarşısında asılan Azərbaycanın üç rəngli bayrağı cırılıb, yararsız vəziyyətə düşüb. İdarə tərəfindən isə bununla bağlı illərdir ki, heç bir tədbir görülmür.