“Azərbaycan çox geridə qalır...” - Röya

azerbaycan-cox-geride-qalir
Oxunma sayı: 5262

Əməkdar artist Röya Ayxan Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni Türkiyədəki fəaliyyətindən, musiqi ilə bağlı planları və çıxaracağı albomlarından danışıb.

Əməkdar artist bildirib ki, Türkiyə-Azərbaycan arasında musiqi baxımından çox fərq var:

“Musiqi baxımından Azərbaycanla Türkiyə arasında çox fərq var. Türkiyədə işlər daha təmiz davam edir. Film baxımından da Azərbaycan çox geridə qalır”.

Röya müsahibəsində hədəfləri barədə danışıb:

“Hədəfim Türkiyədə sevilməkdir. Eynən Azərbaycandakı kimi...Bu böyük və çətin bir hədəfdir. Amma əmin addımlarla irəliləyirəm”.