Azərbaycan iki məhbusu İrana təhvil verdi

azerbaycan-iki-mehbusu-irana-tehvil-verdi
Oxunma sayı: 2721

Naxçıvan həbsxanalarında cəza çəkən iki İran vətəndaşı ölkələrinə təhvil verilib.

“Qafqazinfo” “Haqqin.az”a istinadən xəbər verir ki, bu barədə məlumatı İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğu açıqlayıb.

Məlumatda qeyd olunur ki, məhbuslardan biri narkotik maddə saxlamaqda, digəri isə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib.