Azərbaycan jurnalistikasının - Qənirəsi

azerbaycan-jurnalistikasinin-
Oxunma sayı: 5969

Bu gün deputat Qənirə Paşayevanın ad günüdür.

"Qafqazinfo" xəbər verir ki, Qənirə Paşayeva 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

2015-ci ildə baş tutan parlament seçkilərində 105 saylı Tovuz seçki dairəsindən 3-cü dəfə deputat seçilib. O, jurnalist kimi necə fərqlənirdisə, bu gün millət vəkili kimi də parlamentdə seçilir. 

“Qafqazinfo” kollektivi olaraq biz də dəyərli həmkarımızı və millət vəkilimizi təbrik edirik, ona fəaliyyətində uğurlar arzulayırıq.