Azərbaycanda daha bir “dedovşina” faktı üzə çıxıb. “Qafqazinfo”nun məlumatına görə, “Facebook” sosial şəbəkəsində paylaşılan bu foto geniş müzakirəyə və etiraza səbəb olub. Fotodan göründüyü kimi Azərbaycan Ordusunun zabiti əsgərləri alçaldaraq bellərində diş pastası ilə “Gəncə” sözünü yazdırıb.
Amma ən biabırçı fakt isə son günlər ordu ətrafında baş verən söz-söhbətlərə baxmayaraq Azərbaycan əsgərinin əmanət olunduğu zabit bunu fəxrlə öz “facebook” hesabında paylaşmasıdır. O bununla demək istəyir ki, mən 5 əsgəri alçaltdım. Və o, bunu vəzifəsindən sui istifadə etməklə həyata keçirib. Artıq o zabitin adı da açıqlanıb – Ülvi Namazlı.
Qeyd edək ki, bu foto ictimailəşəndən sonra həmin şəxs “Facebookda”kı hesabını bağlayıb. Bu səbəbdən biz həmin şəxsin əsgər və ya həqiqətən də zabit olduğunu dəqiqləşdirə bilmədik. Ən əsası isə bunu nə səbəbə etdiyini öyrənə bilmədik.
G.Ə
Son xəbərlər
Son Xəbərlər