Azərbaycana daha bir hərbi əsir qaytarıldı

azerbaycana-daha-bir-herbi-esir-qaytarildi
Oxunma sayı: 8095

Rusiyalı sülhməramlıların nəzarəti altında Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş verib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov məlumat verib.

“Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlılarının apardıqları iş nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan bir nəfəri Bakıya, beş hərbi əsiri isə Yerevana aparıb”, - deyə Muradov bildirib.