Azərbaycanda 57 yaşlı qadın ana oldu - Fotolar

azerbaycanda-57-yasli-qadin-ana-oldu
Oxunma sayı: 20684

Azərbaycanda 57 yaşlı qadın ana olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatı TƏBİB yayıb.

Bildirilib ki, bu, qadının 15 ildən sonra ilk doğumudur.

Doğum keysəriyyə əməliyyatı ilə baş tutub. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.