Azərbaycanda biotəhlükəsizlik laboratoriyalar açıldı - Fotolar

azerbaycanda-biotehlukesizlik-laboratoriyalar-acildi
Oxunma sayı: 4247

Azərbaycanda Beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam  gücü ilə  paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.

"Qafqazinfo" xəbər verir ki, bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb. Eyni zamanda Koronovirus(COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir. Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata  keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib.