Azərbaycanda internet problemi yaşanır.
“Qafqazinfo” xəbər verir ki, problem həm provayderlərdə, həm də mobil operatorlarda müşahidə edilir.
Bəzi istifadəçilərdə sosial şəbəkələr açılsa da, digərlərində, ümumiyyətlə, heç bir internet resursuna giriş mümkün deyil.
***
Vətəndaşlar qeyd edir ki, internetin olmaması səbəbindən hazırda nağdsız ödənişlərdə və ödəmə terminallarında çətinliklər müşahidə edilir.
***
Bir çox istifadəçi artıq internetlə bağlı problemin aradan qaldırıldığını bildirib.
***
Məsələ ilə bağlı “Aztelekom” MMC-dən sorğumuza belə cavab verildi:
“Hazırda şirkətimizin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və ya kəsintilər müşahidə olunmur. Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir”.
Baş verən problemlə bağlı “Azercell Telekom” MMC-dən isə müraciətimizə cavab olaraq bildirildi:
“Bu gün günorta saatlarında “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən internet xidmətlərinin təminatında müvəqqəti çətinliklər yaranıb. Problemin aradan qaldırılması üçün operativ tədbirlər görülüb və daxili resurslar sayəsində xidmət tam normal əsaslarla bərpa edilib. Yaranmış narahatlığa görə təəssüf edirik”.
Son xəbərlər
Son Xəbərlər