Azərbaycanda koronavirus şübhəsi ilə karantində olanların sayı açıqlandı

azerbaycanda-koronavirus-subhesi-ile-karantinde-olanlarin-sayi-aciqlandi
Oxunma sayı: 6518

Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır.

"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. 

Onun sözlərinə görə, bu şəxslərdən 12-si İran, biri İtaliya, 7-si digər ölkə vətəndaşları, qalanları isə azərbaycanlılardır.

Qurum rəsmisi hazırda həmin şəxslərin müayinə cavablarının gözlənildiyini bildirib.