Azərbaycanda orta məktəb şagirdi ürəyindən vuruldu

azerbaycanda-orta-mekteb-sagirdi-ureyinden-vuruldu
Oxunma sayı: 7063

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Çaykənd kənd sakininin ans press-ə verdiyi məlumata görə, kənd sakini 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov dərsdən çıxıb evə gedərkən aralarında yaranan mübahisə zəmnində həmkəndlisi Xəlil Qaçay oğlu Süleymanov tərəfindən bıçaqlanıb.

Sol döş qəfəsindən kəsilmiş-deşilmiş yara alan 16 yaşlı məktəbli dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Kənd sakini onu da əlavə edib ki, hadisəni törədən şəxsin kim olduğu məlumdur, amma hələlik saxlanılmayıb.

Faktla bağlı Şəmkir rayon Polis İdarəsində araşdırma aparılır. Hələlik hadisənin dəqiq səbəbləri bilinmir.