Azərbaycanda qadını ata bağlayaraq sürüdülər

azerbaycanda-qadini-ata-baglayaraq-suruduler
Oxunma sayı: 5966

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. 

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadın arasında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.