Azərbaycanda şagird məktəbdə öldü

azerbaycanda-sagird-mektebde-oldu
Oxunma sayı: 7093

Gəncədə məktəbdə ölüm faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə 16 nömrəli orta məktəbdə olub. 

Məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızı təhsil ocağında qəflətən yıxılıb. Təcili Tibbi Yardım gələnə qədər şagird keçinib. 

Xədicə Hətəmlinin epilepsiya xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli