Azərbaycanda sədr rüşvət alarkən tutuldu

azerbaycanda-sedr-rusvet-alarken-tutuldu
Oxunma sayı: 11822

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədrini həbs ediblər.

İnformasiyaya görə, komissiya sədri Fasad Mustafayev rüşvət aldığı məqamda yaxalanıb.

“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov virtualaz.org-a açıqlamasında faktı təsdiqləyərək araşdırma getdiyini bildirib.