Azərbaycanda turizm polisinin yaradılması təklif edildi

azerbaycanda-turizm-polisinin-yaradilmasi-teklif-edildi
Oxunma sayı: 5282

Azərbaycanda turizm polisinin yaradılması təklif edilib.

“Qafqazinfo” xəbər verir ki, bu təklifi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli verib.

O qeyd edib ki, turistik səfərlərdə, eləcə də ölkəmizə gələn turistlərə qarşı dələduzluq hallarının qarşısının alınması üçün turizm polisinin yaradılması yaxşı olardı:

“Malayziya, Tailand, qonşu Özbəkistanda da turizm polisi var. Bizdə də Daxili İşlər Nazirliyi tərkibində bu istiqamət üzrə ixtisaslaşmış polis əməkdaşlarının cəlbi yaxşı olardı və dələduzluq hallarının qarşısı alınardı”.

Gülnar Əliyeva