Azərbaycanın baş bankirindən nəvəsinə eksklüziv hədiyyə - Foto

azerbaycanin-bas-bankirinden-nevesine-ekskluziv-hediyye-foto
Oxunma sayı: 761

Mərkəzi Bankın sədri Elman Rüstəmovun 2 yaşlı nəvəsinin şərəfinə kitab yazılıb.

“Qafqazinfo”nun məlumatına görə, ölkənin baş bankiri Elman Rüstəmovun nəvəsi üçün kitabı bibisi və xalasının ailəsi hazırlatdırıb. 2 yaşlı Elmanın nağıllar və oyuncaq dünyasına səyahətindən bəhs edən kitablar ingilis dilindədir. Onlardan birində körpənin Milad bayramı təbrik edilir.

Son səhifələrdə isə qohumların balaca Elmana ürək sözləri və arzuları qeyd olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun oğlu Elçinin övladı İngiltərə vətəndaşıdır. O, 2 il öncə Londonda anadan olub.