Azərbaycanlı aparıcı Türkiyədə nişanlandı- - Fotolar

azerbaycanli-aparici-turkiyede-nisanlandi-
Oxunma sayı: 5802


“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə.az-a Məmmədova özü məlumat verib. Hazırda Türkiyədə yaşayan keçmiş teleaparıcı Özgür adlı şəxslə nikah masasına oturacaq:

“Dünən nişanımız oldu. Türkiyə vətəndaşıdır və yaşıdıq. Azərbaycanlı deyil, türkdür və iş adamıdır”.

G.Məmmədova gələcək həyat yoldaşı ilə tanışlıqları barədə də danışıb:

“Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zamana arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun”.

Qeyd edək ki, Gülnarə Məmmədova ANS-də “Kamerton”, “Xonça” kimi verilişlərin aparıcısı olub.