“Azərenerji”dən Bakıda işıqların sönməsi ilə bağlı - Açıqlama

azerenerjiden-bakida-isiqlarin-sonmesi-ile-bagli
Oxunma sayı: 6385

Bakıda elektrik enerjisinin verilməsində yaranan fasilə ilə bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumatda deyilir:

“Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib”.