“Azərsu”nun keçmiş rəhbərinə vəzifə verildi

azersunun-kecmis-rehberine-vezife-verildi
Oxunma sayı: 6254

“Azərsu” ASC-nin keçmiş sədri Nizaməddin Rzayev bu quruma işə qayıdıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, N.Rzayev "Azərsu" ASC-nin birinci müavini Teyyub Cabbarovun müşaviri təyin edilib.

N.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ASC-nin sədri vəzifəsindən azad edilmişdi.

Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynov təyin edilib.