AzTV-nin əməkdaşı 39 yaşında vəfat etdi - Fotolar

aztv-nin-emekdasi-39-yasinda-vefat-etdi
Oxunma sayı: 9930

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Fariz Babayev 39 yaşında dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər. 

Faktı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, F. Babayev bir neçə gündür məzuniyyətdə idi. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil. 

Qeyd edək ki, F. Babayev AzTV-də operator vəzifəsində çalışırdı. Ailəli idi, bir övladı var.