Bacısını qətlə yetirib basdırdı - Yenilənib

bacisini-qetle-yetirib-basdirdi
Oxunma sayı: 7784

Şirvan sakini bacısını qətlə yetirərək basdırıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir neçə gün əvvəl qətlə yetirilərək Şirvan-Salyan yolunun sağ tərəfində yerləşən dağlıq ərazidə basdırılıb.

Meyit hüquq-mühafizə orqanları tərəfindən basdırıldığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə şübhəli bilinən Alim saxanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbiristanlığında dəfn edib.

Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları tərəfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.