Bakı aeroportunda sistemdə problem yarandı - Video

baki-aeroportunda-sistemde-problem-yarandi
Oxunma sayı: 5965

Heydər Əliyev Beynəlxalq Aeroportu​na eniş edən sərnişinlər sıxlıqla üzləşib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, buna səbəb Dövlət Sərhəd Xidmətinin sistemində yaranan problem olub. Belə ki, DSX-nin yoxlama məntəqələri gələn şəxslərlə bağlı məlumatları elektron sistemə daxil edə bilmədiyindən insanlar gözləməyə məcbur olub.

Bu da pasport yoxlama məntəqəsinin önündə uzun növbə yaradıb.

Yenicə əldə etdiyimiz məlumata görə isə problem aradan qaldırılıb. Hazırda sərnişinlərin növbəli şəkildə yoxlanış məntəqəsindən buraxılmasına başlanılıb.

***

DSX-dən "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən problem 16:15-dən 16:50-ə qədər davam edib. Hazırda sərnişinlərin buraxılmasında heç bir problem yoxdur.