Bakı metrosunda əlbəyaxa dava - Sərxoş sərnişin qadını təhqir etdi

baki-metrosunda-elbeyaxa-dava
Oxunma sayı: 6466

Bakı Metropolitenində əlbəyaxa dava olub.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, metronun "Neftçilər" stansiyasında qatarda iki sərnişin əlbəyaxa dava edib. Davaya səbəb sərnişinlərdən birinin qadını təhqir etməsi olub.

Polis hadisəyə müdaxilə edib.

Qadını təhqir edən sərxoş sərnişin polisi də təhqir edərək müqavimət göstərib.

Hadisə yerinə bir neçe polis əməkdaşı gəlib sərxoş sərnişini növbətçi hissəyə aparıblar.