Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb.
"Mercedes" markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Hələlik ölənlərdən ikisinin kimliyi məlum olub. Onlardan biri, "Lada Kalina"nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər