Bakıda 20 yaşlı bəy öz toyunda xəstəxanalıq oldu

Bakıda 20 yaşlı bəy öz toyunda xəstəxanalıq oldu
Oxunma sayı: 9294

Bakıda 20 yaşlı bəy toy mərasimində ağır xəsarət alıb. "Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.

Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" şadlıq sarayında toy mərasimi keçirilən 1999-cu il təvəllüdlü Məmmədov Taleh Bəxtiyar oğlu sərxoş vəziyyətdə restoranın şüşəsini yumruğu ilə sındırıb. Nəticədə o, sağ əlinə ciddi xəsarət yetirib.

Yaralı təcini yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı onun sağ biləyin kəsilmiş-cırılmış yaraları aşkarlanıb.

Fakla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi