Dekabrın 26-sı saat 03 radələrində Xətai rayonu NZS qəsəbəsində qətl törədilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.
Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər