Bakıda binanın zirzəmisindən meyit tapıldı

bakida-binanin-zirzemisinden-meyit-tapildi
Oxunma sayı: 2122

Bakıda binalardan birinin zirzəmisindən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Yardımlı rayon sakini 40 yaşlı Amid Kürd oğlu Əsədovun meyiti küçədəki 5 mərtəbəli binanın zirzəmisində aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

A.Əsədovun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.