Bakıda daha altı tələbə qız zəhərləndi

bakida-daha-alti-telebe-qiz-zeherlendi
Oxunma sayı: 9416

Bakıda altı tələbə qız dəm qazından zəhərlənib. 

"Qafqazinfo"nun məlumatına görə, bununla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə məlumat daxil olub. Xəzər Universitetinin tələbələri olan 6 qız Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. 

Onlar müəssisəyə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal-hazırda müalicələri davam edir.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi. 

***

Dəm qazından zəhərlənən tələbələr evə buraxılıb. Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, gecə saatlarında dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə Xəzər universitetinin 6 tələbəsinə lazımı tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edildiyindən artıq tələbələr evə buraxılıblar.