Axşam saatlarında Bakının Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, "Hyundai" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, ikisi isə yaralanıb.
Qəza nəticəsində "Tofaş" markalı avtomobil iki hissəyə ayrılıb. Digər avtomobil isə işıq dirəyinə çırpılıb.
Son xəbərlər
Son Xəbərlər