Bakıda dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı - Yenilənib+Video

bakida-dehsetli-qezada-olenlerin-kimliyi-aciqlandi
Oxunma sayı: 48565

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Sumqayıt yolunun Biləcəridən keçən hissəsində “Toyota Prius” markalı avtomobil təsərrüfat idarəsinə məxsus olan və yol kənarında yaşıllıq zolağı suvaran ağırtonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

***

Bu gün Bakıda baş vermiş ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, ölənlər "Toyota Prius" markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və sərnişin Məmmədova Mahirə Mahir qızıdır.